Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Kollecin direktoru dos. Oruc Məmmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin inkişaf tarixindəki rolundan, muasir, müstəqil, suveren, demokratik, hüquqi dövlət quruculuğunun təməl prinsiplərinin müəyyən edilməsindəki misilsiz xidmətlərindən danışıb. Onun siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin müasir dövlətçilik prinsiplərindən, ordu quruculuğundakı uğurlarından bəhs edib.
Tədbirdə UNEC-in kolleclər üzrə məsləhətçisi prof. Nuru Mikayılov, kollec üzrə YAP ərazi ilk partiya təşkilatının sədr müavini Alı Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışıblar.
Tədbirin sonunda tələbələrin iştirakı ilə şeir kompozisiyası və ümummilli lider Heydər Əliyevə həsr edilən videoçarx nümayiş olunub.