UNEC Dizayn Məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti və Dizayn ixtisasında təhsil alan tələbələr iştirak etdilər.
Tədbiri UNEC Dizyn Məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq bildirdi ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötdüyünü, soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildiyini, 1275 sakin girov götürüldüyü, 150 nəfərin taleyinin isə bu günədək naməlum qaldığını deyib.
Dizayn kafedrsının müdiri dos.Elfanə Qasımova Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasından bəhs edib. Kampaniya çərçivəsində ermənilərin Xocalıda törətdikləri mənfur əməllərinin bir sıra dövlətlər tərəfindən “insanlığa qarşı kütləvi cinayət” kimi tanındığı diqqətə çatdırılıb.
Sonra UNEC Dizayn məktəbinin III kurs tələbəsi Ayişə Eminbəyli Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığına həsr olunmuş təqdimatla çıxış edib.
Tədbirin sonunda UNEC Dizayn məktəbi tələbələrinin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş əsərlərindən ibarət videoçarx nümayş olunub.