A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

Tədbirdə kollecin direktoru dos. Oruc Məmmədov, UNEC rektorunun kollec üzrə məsləhətçisi, prof. Nuru Mikayılov, kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov, tarix müəllimləri Sevil Hüseynova və Bayram Bilalov Xocalı soyqırımı haqqında məruzə ilə çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə fərqlənir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. 30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu.

Tədbirdə TGT Xocalı soyqırımına həsr etdiyi proqramı təqdim edilib və sənədli film nümayiş olunub.

Fevralın 25-də kollecdə ilk dərslər Xocalı soyqırımına həsr edilib və tələbələrin rəsm əsərləri nümayiş olunub.

TOP XƏBƏRLƏR