A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti və İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “Parlaq Zəka” adlı intellektual yarış keçirilib.

Yarışın əvvəlində fakültə dekanı Elçin Eyvazov çıxış edərək, iştirakçılara uğurlar arzulayıb.

4 komandanın iştirakı ilə keçirilən intellektual yarışında Maliyyə və mühasibat fakültəsini təmsil edən “Qəzəlxan” komandası 161 balla I yerə çıxaraq, qalib olublar.

Qeyd edək ki, yarışın layihə rəhbəri TEC-in İqtisadiyyat fakültəsi üzrə sədri Dilbər Hacılıdır.

Qalib tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR