UNEC-in tələbəsi Nigar İmaməliyeva qrant müsabiqəsinin qalibi olub.
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsinə təqdim olunan 32 layihə arasından UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının 2-ci kurs tələbəsi Nigar İmaməliyevanın təqdim etdiyi “Qarabağın mədəni-tarixi abidələrinin bərpası planları” adlı layihəsi qalib elan olub. Layihə işğal dönəmində Qarabağda dağıdılmış və ya tamamən məhv edilmiş mədəni-tarixi abidələrimizin bərpasına həsr olunub.
Tələbəmizi təbrik edirik, ona yeni-yeni uğurlar arzulayırıq!