A

Biznes və menecment fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfəroğlu inşaat” şirkətinin təsisçisi Zəfər Məmmədovla tələbələrin görüşü keçirilib.

Tədbirdə  dekan dos.Mirağa Əhmədov fakültədə iş dünyasının tanınmış nümayəndələri ilə mütəmadi olaraq görüşlərin təşkil edildiyini bildirib. Tələbələrin həmin şirkətlərdə könüllü qismində, eləcə də təcrübə proqramlarında  iştirakı və gələcəkdə işlə təmin olunması məsələsindən danışıb.

Sonra Zəfər Məmmədov təsis etdiyi şirkətin yaranması, əldə etdiyi uğurlar və gələcək perspektivlərindən söz açıb. Uğurlu karyera və şəxsi biznes qurmağın önəmli məqamlarını açıqlayıb. Tələbələrə ideyaları ilə bağlı şirkətə müraciət etmələrini tövsiyə edib. 

TOP XƏBƏRLƏR