A

UNEC-in İqtisadiyyat fakültəsi və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Biznes nədir?” mövzusunda təlim keçirilib.

Tədbirdə dekan müavini dos. Elşən Məmmədov korporativ sektor nümayəndələri ilə keçirilən görüşlərin və təlimlərin tələbələrin fərdi inkişafına verdiyi töhfədən danışıb, bu istiqamətdə təlimlərin tələbələr üçün böyük fayda verəcəyini vurğulayıb.

Sonra “Sintra Group” şirkətinin və “Motivator Azerbaijan” layihəsinin təsisçisi, təlimçi Rüfət Həsənov mövzu ilə bağlı çıxış edib.

Şirkət rəhbəri tələbələrə biznes anlayşı, biznes qurmaq istəyən şəxsin vizyonu, biznes planlaması, biznesdə resursların bölüşdürülməsi barədə ətraflı məlumat verib. Sonra tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR