İqtisadiyyat fakültəsində “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Fakültənin dekan müavini Elşən Məmmədov və “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri prof.Validə Mehdiyevanın iştirakı ilə keçirilən tədbirdə bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verilmiş, bu sahədə maarifləndirmə işlərinin zəruriliyi vurğulanmışdır.
“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi Afaq Hacıyeva tədbirdə “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar emalı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərk məişət tullantılarının ətraf mühitə mənfi təsirlərin azaldılması üçün onların yığılması, daşınması, təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində görülən işlərdən, gələcək perspektivlərdən bəhs olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.