A

2021/2022-ci tədris ilində UNEC-in 12 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirdi.

3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqdan sonra UNEC-lə yanaşı, Montpellier universitetinin diplomunu da əldə edəcəklər.

Xatırladaq ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarəolunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

İndiyədək UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramından 68 tələbə məzun olub.

2022/2023-cü tədris ilindən 20 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR