UNEC-in İqtisadiyyat fakültəsində su ehtiyatlarından səmərəli istifadənin idarə edilməsinə həsr olunan maarifləndirici seminar keçirilib.
Seminar İqtisadiyyat fakültəsinin dekan müavini dos. Elşən Məmmədov, kafedra müdiri prof. Validə Mehdiyeva, kafedranın müəllimləri dos. Əsədulla Abdullayev, i.f.d. Fidan Qurbanovanın və tələbələrin iştirakı ilə keçirilib.
Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Mehriban Əsgərova seminarda mövzu ilə bağlı çıxış edərək, su hövzələrinin çirklənməsi problemlərinə və onun həlli yollarına toxunub.
Rus İqtisad Məktəbində keçirilən tədbir isə su resurslarından qənaətli istifadəyə həsr olunub.
Tədbirdə Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Adik Məmmədov çıxış edərək, hazırda suyun sürətlə, xüsusən içməli su resurslarının qlobal səviyyədə, o cümlədən Azərbaycanda da tükənməkdə olduğunu bildirib. Məruzəçi qlobal problemi müxtəlif istiqamətlər üzrə konkret statistik rəqəmlərlə açıqlayıb.