A

UNEC-in fakültələrində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi" barədə maarifləndirici tədbirlər keçirilib.

Rəqəmsal iqtisadiyyat fakültəsində keçirilən tədbirdə Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Kəmalə Dadaşova, Türk Dünyası İqtisad fakültəsində dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, Rus iqtisad məktəbində Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Adik Məmmədov, Magistratura Mərkəzində dosentlər Yusif İbrahimov, Fərhad Eminov çıxış edərək, məişət tullantılarının idarə olunması sisteminin vacib komponentlərindən söz açıblar. Tullantıların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, istifadəsi, zərərsizləşdirilməsi, emalı və s. ilə bağlı əməliyyatların düzgün və sistemli həyata keçirilməsi, eləcə də bu sistemin səmərəli fəaliyyətini təmin etmək sahəsində aparılan islahatlardan danışıblar.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR