“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq Konfrans öz işini uğurla başa vurub.
Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə baş tutub.
UNEC Rektorunun müvafiq Əmri ilə tələbələrin təhsillə yanaşı ictimai işlərə cəlb olunmasını həvəsləndirmək məqsədilə öz fəaliyyətləri ilə fərqlənən bir qrup tələbə-könüllülərə “Təşəkkür” elan olunub.
Təşəkkürnamələr UNEC-in Elm üzrə prorektoru professor Sakit Yaqubov tərəfindən tələbələrə təqdim olunub.