UNEC Rəqəmsal İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK), Ömürboyu Təhsil Mərkəzi və “Coders Azerbaijan” Veb Proqramlaşdırma Mərkəzinin birgə təşkil etdiyi “ZƏFƏR 2022 mini Bootcamp” adlı veb proqramlaşdırma təlimləri uğurla başa çatıb.
16 dərsdən ibarət olan “ZƏFƏR 2022 mini Bootcamp” tələbələrin texnologiya sahəsində inkişafına, gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərmək məqsədilə keçirilib. Müraciət edən tələbələr arasından 25 nəfər təlimdə iştirak etmək hüququ qazanıb. Ödənişsiz keçən təlimlərdə tələbələr Harvard Universitetinin professoru tərəfindən hazırlanmış “CS50x” proqramını öyrəniblər. Tədris olunan bilik və bacarıqlara əsaslanan yekun layihə üçün verilmiş tapşırığı ən yaxşı həll edən 17 iştirakçı isə final mərhələsinə vəsiqə qazanıb.
Finalda Rəqəmsal İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Nəcəfov Sahil I yeri qazanıb. II yerin qalibi Maliyyə və mühasibat fakültəsinin 1-ci kurs tələbəsi Baba İbrahimov, III yerin qalibi isə Rəqəmsal İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi Səma Xələfova olub.
1-ci yerin qalibi UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən növbəti kurs üçün 100% endirim kuponu və "Coders Azerbaijan" proqramlaşdırma mərkəzi tərəfindən 500 manatlıq kupon, 2-ci yerin qalibi müfaviq olaraq növbəti kurs üçün 50% endirim kuponu və proqramlaşdırma mərkəzi tərəfindən 300 manatlıq kupon, 3-cü yerin qalibi isə növbəti kurs üçün 30% endirim kuponu və proqramlaşdırma mərkəzi tərəfindən 100 manatlıq kupon əldə edib.
Final mərhələsində iştirak edən digər 14 iştirakçıya isə sertifikatlar verilib.
Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos.Elman Cəfərov, layihə rəhbəri Məhəmməd Rəhimov və “Coders Azerbaijan” veb proqramlaşdırma mərkəzinin əməkdaşları Seymur Həmidov və Riyad Ağazadə qaliblərə mükafatları təqdim ediblər.