A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) IV kurs tələbələri İdrak Atakişili və Tural Salmanov, Maliyyə və mühasibat, Biznes və menecment fakültələrinin II və III kurs tələbələri Aydan Əzizli və Lalə Məmmədova, Mühəndislik fakültəsinin IV kurs tələbəsi Nicat Həsənli ilə görüşərək, qalib olduqları startap layihələrinin hazırki vəziyyəti ilə maraqlanıb.

Görüşdə tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bakalavr, magistr və doktorantların mükafatlandırılması qaydalarından bəhs olunub və respublikada, beynəlxalq yarışlarda uğur qazanan tələbələr prorektor tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Qeyd edək ki, İdrak Atakişili və Tural Salmanovun birgə hazırladıqları “Guidera” layihəsi 30-dan çox ölkədən, 3000 müraciətçi arasından seçilib. "Guidera" yerli bazarda lider şirkətlər tərəfindən təsis edilmiş praktiki kurslar və virtual təcrübə proqramlarını "NanoMaster" adlı paket şəklində təklif edən platformadır. 

"Kapital Bank" ASC-nin "Bir ideyam var" startap müsabiqəsində “BirVaxt” layihəsi Nicat Həsənli II yer, “BirBNA” layihəsi ilə Aydan Əzizli və Lalə Məmmədova III yerə layiq görül. Qaliblərə müvafiq olaraq 1500 AZN, 900 AZN və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

TOP XƏBƏRLƏR