A

UNEC Biznes Məktəbinin və Maliyyə və mühasibat fakültəsinin kollektivi  və fəal tələbələr Xalq Təhsili Muzeyini ziyarət ediblər.

Biznesin idarə edilməsi kafedrasının müdiri Sevər Məmmədova ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyevin rəhbərlik etdiyi müəllim və tələbələr muzeydə nümayiş olunan Azərbaycan elmi və təhsilin inkişaf tarixi, təhsil sisteminin bütün pillələrində qazanılmış uğurlar, təhsilin yetişdirdiyi ən görkəmli şəxsiyyətlər və maarifçilərin fəaliyyəti, ilk müəllimlər, ziyalıların ana dilində təhsil uğrunda mübarizəsi, müxtəlif təhsil müəssisələri, eləcə də qadınların təhsil sahəsində aparılan islahatlar və təhsilə dövlət qayğısını əks etdirən sənədlər, materiallar, müxtəlif dövrlərə aid dərslik və proqramlar, maketlərlə tanış olublar. 

Tələbələr həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti, bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən stendlərlə tanış olublar.

Muzeydə qonaqları müşayiət edən Xalq Təhsili muzeyinin direktor müavini Zülfiyyə Şiriyeva bildirib ki, hazırda Xalq Təhsili muzeyində 38 mindən çox müxtəlif eksponatlar nümayiş etdirilir.  Muzeyin daimi ekspozisiyası 6 salonda yerləşir və həmin salonlarda qədim zamanlardan başlayaraq bu günə qədər olan eksponatlar yer alır. 

TOP XƏBƏRLƏR