UNEC Dizayn məktəbi, məktəbin Tələbə Elmi Cəmiyyəti və Rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova, Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, Dizayn məktəbinin Tələbə Elmi Cəmiyyətinin sədri G. Salehzadə xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərini işğaldan azad edilməsinin dünya hərb tarixindəki yerindən və Zəfər Gününün tariximizdəki əhəmiyyətindən danışıblar.
Tədbirdə iştirak edən UNEC Dizayn məktəbinin məzunları, İkinci Qarabağ müharibəsi iştirakçıları Səbuhi Bəxtiyarlı, İlkin İsmayılzadə və Sübhan Xangəldiyev 44 günlük müharibədəki qəhrəmanlıqlarından bəhs ediblər.
Sonda tədbirdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.