×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Maliyyə və mühasibat fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq,  Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində işğal altında olan 300-dən çox yaşayış məntəqəsinin, o cümlədən xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar nəticəsində azad edilməsindən bəhs edib.

Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov möhtəşəm qələbəmizin tarixi əhəmiyyətindən söz açaraq, bu qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edildiyini bildirib.

Maliyyə və mühasibat fakültəsinin 2014-cü il şəhid məzunu Mürsəl Kazımlının atası Kamil Kazımov çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin hər bir Azərbaycan vətəndaşının zəfər yaddaşı olduğunu bildirib.

Vətən müharibəsinin iştirakçıları olan fakültə məzunları Kənan Hüseynzadə və Müzəffər İbadov döyüş təəssüratlarından danışıblar, Vətən müharibəsində əldə edilən qələbənin yaşatdığı sevinci iştirakçılarla bölüşüblər.

Peşəkar mühasib təşkilatı olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) idarə heyətinin sədri Günay Şahbazova öz çıxışında 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib.

Tədbirin sonunda Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı və ARPA-nın dəstəyi ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə tələbələr arasında keçirilmiş “Zəfər” olimpiadasının qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.

 

TOP XƏBƏRLƏR