A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Korrupsiya anlayışı və Azərbaycan Respublikasının anti-korrupsiya siyasəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verib və maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

İqtisadiyyat kafedrasının dosenti Ərəbiyyə Mustafayeva “Korrupsiya anlayışı və Azərbaycan Respublikasının anti-korrupsiya siyasəti” adlı geniş məruzə ilə çıxış edib. Ərəbiyyə Mustafayeva çıxışında korrupsiya anlayışı, bu sahədə qanunvericilik, hüquqpozmaların növləri və subyektləri, korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən anti-korrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər barədə danışıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR