Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici silsilə tədbirlər keçirilib.
UNEC-in Rus İqtisad Məktəbində keçirilən açıq mühazirədə direktor müavini Anar Eyyubov, hüquqşünas Məshəti Əliyeva çıxış edərək, tələbələrə korrupsiyaya qarşı mübarizənin çətinlikləri haqqında danışıb.
Türk Dünyası İqtisad fakültəsində "Korrupsiyaya Qarşı Mübarizə" adlı seminarda dekan müavini Cavahirxanım Məmmədova və İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov tələbələrə korrupsiya anlayışı, bu sahədə qanunvericilik, hüquqpozmaların növləri və subyektləri və başqa məsələlər barədə məlumat veriblər.
Biznes və menecment fakültəsində keçirilən tədbirdə Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti” mövzusunda tələbələrə mühazirə oxuyaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması sahəsində həyata keçirilən işlər barədə danışıb.
İqtisadiyyat və idarəetmə fakültəsində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində marifləndirmə istiqamətində tədbir keçirilib. Tədbirdə fakültənin dekan müavini Rahim Mürsəlov mövzunun aktuallığından danışaraq, korrupsiyaya şərait yaradan hallar, müvafiq halların qarşısının alınmasının nüanslarını diqqətə çatdırıb. İqtisadiyyat kafedrasının baş müəllimi Aytən İbadova çıxışında korrupsiya hallarının dövlətin inkişafına mənfi təsir göstərdiyini və dövlət qurumlarının bununla bağlı mübarizə tədbirlərinin olduğunu qeyd edib.