UNEC Karyera Mərkəzi və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda seminar keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev tərəfindən keçirilən seminarda
magistrantlara dövlət qulluğu, dövlət qulluğuna hazırlıq, bu istiqamətdə istifadə olunacaq resurs mənbələri, imtahan qaydaları və s. barədə ətraflı məlumat verilib.