Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rus İqtisad Məktəbin direktoru dosent Mənsur Bərxudarov və direktor müavini Anar Eyyubov çıxışlarında 20 Yanvar faciəsinin insanlığa və xalqımıza qarşı törədilmiş ən amansız və dəhşətli cinayətlərdən biri olduğunu qeyd edərək, Azərbaycan xalqının milli azadlıq və istiqlal amalı uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıblar.
THİK-in Rus İqtisad Məktəbi üzrə sədri Günel Salahova 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğunu bildirib.
Tədbir tələbələrin faciəyə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.