UNEC-in "Maliyyə və audit" kafedrasının dosenti Zöhrab Paşayevin məruzəsi əsasında UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Vergi siyasəti” mövzusunda təlim keçirilib.
UNEC-də, o cümlədən onun strukturuna tabe olan təşkilatlarda çalışan müəllim-tələbə heyətinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təşkil olunan təlimdə dosent Zöhrab Paşayev iştirakçılara vergi siyasətinin mahiyyəti, xüsusiyyətləri və vergitutmanın prinsipləri haqqında ətraflı məlumat verib.Monetar və fiskal siyasətin uzlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin mahiyyətini açıqlayıb. Həmçinin vergi siyasətinin iqtisadi inkişafa və qeyri-neft sektorunun inkişafına, o cümlədən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının sosial iqtisadi inkişafına təsirlərindən danışıb. Həmin regionların sosial-iqtisadi inkişafı üçün investisiya cəlbediciliyinin artırılması, kiçik və orta biznesin inkişafı istiqamətində təhlillər aparıb. Z.Paşayev Vergi Məcəlləsində dəyişiklikləri, o cümlədən vergi güzəştinin 2023-cü ildə başa çatmış sahələrə təsirini də qiymətləndirib.
Məruzədən sonra Zöhrab Paşayev müəllim və tələbələrlə fikir mübadiləsi apararaq, onların cavablandırıb.