UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə "Novruz gəlir, yaz gəlir" adlı Novruz bayramı və ilaxır çərşənbə günü münasibəti ilə tədbir keçirilib. UNEC rektorunun kolleclər üzrə məsləhətcisi,professor Nuru Mikayılov tədbirdə çıxış edərək kollektivi təbrik etmiş, bərəkət, birlik, həmrəylik rəmzi olan Novruz bayramının ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışmışdır.
Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək qeyd edib ki, bu gün Novruz sevincimizə Zəfər sevinci də qatıldığı üçün ikiqat bayramımızdır. Tələbələrin xoş əhval-ruhiyyəsindən, yüksək fəallığından da bu sevinc aydın görünür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqına ancaq qələbə yaraşır.
Tədbir bədii hissəsi olduqca maraqlı keçmişdir. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, bayram tonqalı ətrafında yumurta döyüşdürülməsi tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.