Qazaxıstan Respublikasının Bolaşaq Fondu tərəfindən 2-6 oktyabr tarixlərində keçirilən Beynəlxalq Təhsil Sərgisi (IEF-International Education Fair) çərçivəsində UNEC 3 şəhərdə - Astana, Almatı və Çimkənd şəhərlərində təmsil olunub.
Qazaxıstanın ən böyük təhsil sərgisində 25 ölkə, 60-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə UNEC-dən Beynəlxalq əməkdaşlıq departamentinin şöbə müdiri Afət Ələkbərova iştirak edib.
Afət Ələkbərova sərgiyə gələn Qazaxıstanın orta və ali təhsil müəssisələrinin sagird və tələbələrinə beynəlxalq layihələr və ikili diplom proqramları, digər universitetlərlə bu istiqamətdə əməkdaşlığın qurulması imkanları barədə məlumat verib.
Sərgidə həmçinin, universitetlər arası əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq təhsil və təcrübə mübadiləsi üçün geniş fürsətlər yaradılıb.