UNEC-də Beynəlxalq Akkreditasiya qurumları ilə əməkdaşlıq çərçivəsində Keyfiyyət Təminatı şöbəsi tərəfindən daha bir beynəlxalq akkreditasiya qurumu ilə görüş keçirilib.
İspaniyanın məşhur Madrimasd Beynəlxalq Akkreditasiya komitəsinin prezidenti Dr. Martí Casadesus ilə keçirilən görüşdə akkreditasiya prosesinin mərhələləri, prosesin effektiv şəkildə həyata keçirilməsi və tamamlanması üçün UNEC tərəfindən atılması gərəkli olan addımlar, akkreditasiya şərtləri, eləcə də digər əməkdaşlıq imkanları müzakirə olunub.