UNEC-də Türk Universitetləri Birliyinin "Orhun" akademik mübadilə proqramı çərçivəsində Qazaxıstanın S.Amanjolov adına Şərqi-Qazaxıstan Universitetinin müəllimləri Mainur Ordabayeva və Ainagul Zhaparova mübadilədə iştirak ediblər.
Qazaxıstanlı müəllimlər səfər zamanı ilk olaraq, UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamenti ilə görüşərək, UNEC-in 24/7 kitabxanasını ziyarət ediblər.
Professorlar akademik mübadilə çərçivəsində Rus İqtisad Məktəbinin tədrisi ilə maraqlanıb, həmçinin, Türk Dünyası İqtisad Fakültəsini də ziyarət edərək, mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sonda müəllimlərə mübadilə proqramını tamamladıqları ilə bağlı sertifikatlar təqdim olunub.