UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə olub.
Ege Universitetinin rektoru professor Necdet Budaklə görüşdə UNEC ilə Ege Universiteti arasında “Qida mühəndisliyi” ixtisası üzrə ötən ildən start verilmiş iki diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə olunub. İkili diplom proqramına əsasən, 1-ci kursu bitirmiş UNEC tələbələri 2-ci və 3-cü kursda Ege universitetində təhsil alacaqlar.
UNEC-in nümayəndə heyəti Ege Universitetinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyət prinsipləri ilə də tanış olublar.
İzmirə səfər çərçivəsində rektor prof. Ədalət Muradov İzmir İqtisadiyyat Universitetinin rektoru professor Yusuf Hakan Abacioglu ilə də görüşüb. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunaraq, müvafiq qərarlar verilib.
UNEC nümayəndələri Ege universitetinin rektoru professor Necdet Budakın dəvətilə Azərbaycan da daxil olmaqla, 77 ölkədən 1000-dən artıq filmin təqdim edildiyi Turan Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində də iştirak ediblər.