Türkiyənin Eskişehir Texniki Universitetinin professoru Samet Bilan Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-də olub.
Səfərin ilk günündə Beynəlxalq əməkdaşlıq departamentində olan professor Samet Bilana UNEC barədə ətraflı məlumat verilib.
Növbəti günlərdə isə türkiyəli professor 24/7 Kitabxana, Ekstern mərkəzinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda İnklüziv Təhsil mərkəzinin direktoru Sevinc Məhsimova, Xarici dillər departamentinin direktoru Aysel Xəlilova və Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova ilə görüşərək, əməkdaşlıq istiqamətlərində müzakirələr aparıb.