A

Qazaxıstanın Turan Beynəlxalq Universitetinin Xarici əlaqələr və doktorantura üzrə prorektoru, dosent Güljanat Jubatkanovna Tayauova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.

UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov qonağı salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, görüşdə universitetin fəaliyyəti, mövcud imkanları və potensial əməkdaşlıq perspektivləri barədə qonağa ətraflı məlumat verib.

Görüş zamanı elmi-tədqiqat sahəsində birgə fəaliyyətin genişləndirilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Müzakirələr çərçivəsində universitetlər arasında ikitərəfli mübadilə proqramlarının genişləndirilməsi, beynəlxalq təcrübə proqramlarının tədris prosesinə inteqrasiyası və birgə tədqiqat layihələrinin icrası ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay