Özbəkistanın Termez İqtisadiyyat və Xidmət Universitetinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) işgüzar səfərdə olublar.
UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev və Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, i.f.d. Hüseyn Həsənovla görüşdə özbəkistanlı nümayəndələrlə hər iki universitet arasında əməkdaşlıq imkanları, eləcə də beynəlxalq akademik tərəfdaşlığın gücləndirilməsi məqsədilə danışıqlar aparılıb. Həmçinin tələbə və müəllim mobilliyinin genişləndirilməsi, təcrübə mübadiləsi, müştərək tədqiqat layihələrinin icrası, seminar və mühazirələrin təşkili, eləcə də akademik mübadilə proqramlarının həyata keçirilməsi kimi yeni layihələrin reallaşdırılması məsələləri nəzərdən keçirilib.