A

UNEC Tələbə İşləri Mərkəzinin nümayəndə heyəti Bahçeşehir Universitetində (BAU) rəsmi görüş keçirib.

Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlərdə yeni təşəbbüslərin həyata keçirilməsi və mümkün ortaq layihələrin icrası müzakirə olunub.

Görüş zamanı birgə təhsil proqramlarının tətbiqi, müəllim və tələbə mübadiləsinin artırılması, xarici tələbələrin cəlb olunması mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də idarəetmə və tələbə xidmətlərində müasir yanaşmaların tətbiqi barədə fikir mübadiləsi aparılıb.

UNEC tərəfdən görüşdə Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova, Türk Dünyası İqtisad Fakültəsinin dekanı v.m.i.e. Yusif Əliyev, TİM direktor müavini və Tələbə Hərəkəti şöbəsinin müdiri Xalidə Kərimova, Bir Pəncərə şöbəsinin müdiri Nərmin Zeynallı və TİM əməkdaşı Rəfiqə Bağırzadə iştirak ediblər.

Bahçeşehir Universiteti tərəfindən isə Beynəlxalq Əlaqələr Departamentinin direktoru, Öğrenci İşleri Daire Başkanlığı direktoru, fakültə dekanları görüşdə yer alıblar.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, yeni tədris və layihə təşəbbüslərinin hazırlanması, eləcə də universitetlər arasında əlaqələrin daha sıx şəkildə qurulması barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay