Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Almaniyanın Siegen universitetinin birgə hazırladığı “EE-KEY-AZ. Sahibkalıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması məşğülluğun əsas amili kimi” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində Almaniyada səfərdə olan UNEC müəllimləri Raqif Qasımov, Anar Hüseynov və Aysel Quliyevanın dissertasiyaları Siegen universitetinin doktorantlar şurasında müzakirə edilib.
Magistr və doktorantura tələblərindən təşkil edilən Siegen universitetinin doktorantlar şurası, illik olaraq qəbul edilən qrafik əsasında ayda bir dəfədən az olamayaraq görüşlər keçirir. Görüşlərdən öncə şura sədri və onun köməkçisi, üzvlərdən dissertasiyanın istiqamətini, mövzusunu, metodologiyasını və aktuallığını əhatə edən təqdimatların hazırlanmasını tələb edirlər. Görüş zamanı təqdimatlar müzakirə olunur və dissertasiya ilə əlaqədar növbəti dövr üçün tələblər müəyyən edilir.
Şuranın budəfəki görüşündə UNEC müəllimlərinin dissertasiya planları təqdim edilib və dissertasiyalar ilə əlaqədar Siegen universitetinin doktorant və magistrlarının təklif və tövsiyələri dinlənilib.