ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri UNEC-də olub.
UNEC Biznes Məktəbinin qonağı olan nümayəndələrə universitet barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları haqqında bildirilib.
Səfirliyin İqtisadiyyat şöbəsinin rəhbəri Vilbur Karte UNEC Biznes Məktəbinin magistrləri üçün "Beynəlxalq sərmayələr" mövzusunda mühazirə oxuyub.
UNEC Biznes Məktəbində “Kiber təhlükəsizlik və kiber müharibə” mövzusunda mühazirəni isə ABŞ səfirliyinin Birinci katibi Castin Krevie və siyasi məsələlər üzrə mütəxəssis Hüseyn Pənahov keçib.
Mühazirələrdə magistrləri maraqlandıran suallar cavablandırılıb.