“UNEC 95 ili” çərçivəsində tələbələrin asudə vaxtlarını səmərəli keçilməsi məqsədilə UNEC-in tələbə təşkilat rəhbərləri, əcnəbi tələbələr və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvləri Qusar rayonunda yerləşən “Şahdağ Turizm Mərkəzi” nə gəzintisi baş tutub.
Tələbələr Şahdağın əvəzolunmaz təbiəti ilə tanış olmuş və kompleksdə təqdim edilən kanat gəzintisinə böyük çoşqu ilə qoşulmuşlar.
Sonda xatirə şəkilləri çəkilmiş və tələbələr tərəfindən turun təşkil olunması yüksək qiymətləndirilmişdir.