A

UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Anar Eyyubov Mövlana mübadilə proqramı proqramı çərçivəsində Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetində olub.

UNEC müəllimi Səlcuq Universitetinin tələbələrinə Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolundan danışıb. Eyni zamanda etnik münaqişələrin yaranması, təbliğat mexanizmləri və beynəlxalq güclərin bu məsələdəki ikili standartları barədə məlumat verib.

Səfər çərçivəsində A.Eyyubov Səlcuq Universitetində təşkil olunan “Erməni məsələsi tarixin şahidliyində” adlı beynəlxalq forumda da iştirak edib. O, forumda müzakirələrə qatılaraq mövzu ilə bağlı arxiv sənədlərinə əsasən faktları açıqlayıb.

A.Eyyubov tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı da təşkil edib. Tələbələrin böyük maraqla iştirak etdikləri yarışın qaliblərinə Azərbaycana aid hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR