A

UNEC-in nümayəndə heyəti Türkiyənin Ege Universitetində işgüzar səfərdə olub.

“Ekspertiza və standartlaşdırma” fakültəsinin dekanı, dosent Tofiq Osmanov və “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova səfər zamanı Ege Universitetinin rektoru prof.dr.Necdet Budak, “Mühəndislik” fakültəsinin dekanı prof.dr. Hasan Yıldız və “Qida mühəndisliyi” kafedrasının müdiri prof.dr. Figen Ertekinlə görüşmüş və Ege Universitetində “Qida mühəndisliyi” kafedrasının maddi-texniki bazası, o cümlədən tədris və tədqiqat laboratoriyaları, kiçik istehsal müəssisələri ilə yaxından tanış olmuşlar.

Eyni zamanda, görüşdə UNEC-in “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrinin gələcəkdə ikili diplom və “Mevlanə” tələbə-müəllim mübadilə proqramlarında iştirakı istiqamətində ətraflı müzakirələr aparıldı. 

TOP XƏBƏRLƏR