İyunun 19-da UNEC-in yaradılmasının 93 ili tamam olur.
Bu münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Günü” qeyd olunub.
Tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov UNEC Günü münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürnamələrlə təltif edilib, “Casio” şirkəti tərəfindən universitetin sosial-ictimai həyatında fərqlənən əməkdaşlarına isə hədiyyələr təqdim olunub.
UNEC Günü Yaradıcılıq mərkəzinin Rəqs və Vokal qruplarının üzvlərinin ifasında bədii hissə ilə davam edib. UNEC kollektivi 93 yaşını böyük sevinc və coşqu ilə qeyd edib.