Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi müəyyən ediləcək.
Tədbirdə 7 finalçı biznes ideyalarını təqdim edəcək və münsiflər heyəti 3 qalibi seçəcək. Biznes ideyalar beş meyar üzrə qiymətləndiriləcək:
- Orijinal və kreativ yanaşma;
- Biznes ideyanın tətbiqinin mümkünlüyü;
- Məhsulun (xidmətin) brendləşmə perspektivi;
- Biznes ideyanın investisiya cəlbediciliyi;
- Biznes ideyanın təqdimatı və sualların cavablandırılması.
“Made in Azerbaijan” biznes ideya müsabiqənin münsiflər heyəti:
- Cəsarət Valehli - Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
- Akif Fərruxov - AR İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru
- Rüstəm Abdullayev - AR Gənclər və İdman nazirliyinin sosial proqramlar sektor müdiri
- İqbal Rüstəmov - Kapital bankın Pərakəndə Bankçılıq departamentinin direktoru
- Elnur İsayev - NTS şirkətinin direktoru
- Məhəmməd Cəmilov - UNEC rektorun məsləhətçisi
- Mircavid Həsənov - UNEC İBİ-nin direktoru
Final mərhələsi aprelin 22-də, saat 15:00-da UNEC-in əsas tədris binasında keçiriləcək.