A

QS Dünya Universitetlər Reytinqi 2024 (QS World University Rankings 2024) açıqlanıb.

Reytinq sıralamasında UNEC ölkə üzrə birinci olub. UNEC dünya universitetləri sırasında əvvəlki mövqeyini daha da möhkəmləndirərək, dünyanın ən yaxşı 1001+ universiteti sırasında yer alıb.

Qeyd edək ki, 2018-ci ildə qəbul edilən “UNEC-100” İnkişaf Strategiyasına əsasən, universitetin strateji hədəfi UNEC-in 100 illiyində (2030) dünyanın TOP500 universitetləri sırasına daxil olmaqdır. Bu istiqamətdə qarşıya qoyulan birinci məqsəd UNEC-in QS Dünya Universitetlər Reytinqinə daxil olması idi və UNEC ilk dəfə olaraq 2020-ci ildə QS-ə daxil oldu. İkinci məqsəd isə Azərbaycan üzrə QS-də birinci olmaq idi, 2023-cü ildə UNEC ölkə birinci oldu.

TOP XƏBƏRLƏR