Aprelin 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Distant, qiyabi və əlavə təhsil mərkəzinin yeni təyin edilən direktoru Səbuhi Tanrıverdiyevi kollektivə təqdim edib.
Rektor bu günə qədər mərkəzə rəhbərlik edən Gəray Musayevin qurumun fəaliyyətində köklü dəyişikliklər həyata keçirildiyini bildirib. Yeni təyin olunan Səbuhi Tanrıverdiyevin bu işi uğurla davam etdirəcəyinə əminliyini vurğulayıb. Ə.Muradov xüsusi qeyd edib ki, mərkəzdə tələbələrin müraciətləri operativ cavablandırılsın.Qeyd: Səbuhi Tanrıverdiyev 2014-cü ildən İqtisadiyyat və Sənaye fakültəsinin dekan müavini vəzifəsində çalışıb.