A

UNEC-in Nəşriyyat şöbəsinin korrektoru Səmimi Səbiyyə Vəliyulla qızının 85 illik yubileyi qeyd olunub.

Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yubiley tədbirində iştirak edən əməkdaşlar Səbiyyə xanımın əmək fəaliyyətindən, zəngin ömür yolundan, yüksək insani keyfiyyətlərindən söz açıblar, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Sonra Səbiyyə xanıma uzunmüddətli və səmərəli fəaliyyətinə görə HİK tərəfindən Fəxri Fərman təqdim olunub.

Yubilyar ona ünvanlanan xoş sözlərə və təbriklərə görə UNEC kollektivinə təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR