A

Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESDS) 137 nəfərdən ibarət yeni istifadəçiləri üçün növbəti praktiki təlim keçirilib.

Ümumi şöbə tərəfindən keçirilən təlimdə şöbə müdiri Mətanət Novruzova elektron sənəd dövriyyəsinin tətbiqinin əhəmiyyətindən danışıb.

Sonra şöbənin əməkdaşı Rəşadə Ağacanova ESDS-in yeni istifadəçilərinə elektron kargüzarlığın tətbiqi qaydaları, sənədlərin hazırlanması, sənədlərin icrasına nəzarətin təşkili, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. barədə təqdimatla çıxış edərək, elektron sənəd dövriyyəsinin funksionallığını real sistemdə nümayiş etdirib.

Təlim zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xatırladaq ki, UNEC-də 2015-ci ildən tətbiq olunan Elektron Sənəd Dövriyyəsi Sisteminin hazırda 450 nəfərə yaxın istifadəçisi var.

TOP XƏBƏRLƏR