UNEC-in 2 saylı tədris binasında Novruz şənliyi keçirilib.
Bayram şənliyində çıxış edən tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edərək, bayramın xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.
Sonra möhtəşəm bayram tonqalı alovlandırılıb. Tələbələr və müəllimlər bayram tonqalının ətrafında yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar.
Novruz şənliyi Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.