A

UNEC rektoru professor Ədalət Muradov ölkə universitetlərinin dünyanın ən yaxşı universitetləri sırasına daxil olmasını məhdudlaşdıran qərar və əsassız qadağalar barədə rəsmi facebook səhifəsində fikirlərini bölüşüb:

“Elm sahəsində böyük dövlətlərin, güclü iqtisadiyyatların hakim mövqeyi davam edir və çox ehtimal ki, ən azından yaxın gələcəkdə də belə olacaq. Bu şəraitdə Azərbaycan kimi kiçik iqtisadiyyatlı ölkələrdə beynəlxalq elmi əməkdaşlıq qaçılmaz zərurətə çevrilir. Həm də hazırda  elmin genişlənən rəqəmsallaşması kiçik iqtisadiyyatların tədqiqatçıları ilə böyük iqtisadiyyatların tədqiqatçıları arasında elmi əməkdaşlıq imkanlarını olduqca artırır. Ölkəmizin üç universitetinin dünyanın ən yaxşı 800 universiteti sırasına daxil olması tapşırığının icrası buna  mane olan, beynəlxalq elmi əməkdaşlıq baxımından universitetlərin imkanını “sovetlər sayağı” məhdudlaşdıran qərarlardan  və əsassız qadağalardan imtinanı tələb edir və müasir tənzimləmə sisteminə keçidı qaçılmaz edir”.

TOP XƏBƏRLƏR