Paşa Həyat Sığorta şirkətinin İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsi magistratura pilləsində təhsil alan və ya yeni məzun olanlar üçün tam-ştat, ödənişli “Təcrübəçi” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
• İş tələblərinə uyğun gələn CV-lərin axtarılması və seçilməsinə kömək etmək;
• Namizədlərlə müsahibə vaxtlarının təyin edilməsi;
• Müsahibələr üçün materialların hazırlanması və iştirakçılara məlumatın verilməsi;
• Namizəd məlumat bazasının gündəlik olaraq yenilənməsini təmin edilməsi;
• Müsahibə nəticələrinin və geribildirimlərin sənədləşdirilməsi;
• İş yarmarkalarında iştirakda dəstək.
Tələblər:
- Hər hansı bir sahədə bakalavr dərəcəsi.
- Dil bacarıqları: Azərbaycan dili: mükəmməl, İngilis dili: orta, Rus dili: orta
Müraciət etmək üçün namizədlər öz CV-ni 15 yanvar tarixinə qədər subject/mövzu hissəsində: Recruitment Intern UNEC qeyd etməklə, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. mail ünvanına göndərə bilərlər.