A

UNEC-də “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) tərəfindən reallaşdırılan "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihə çərçivəsində İnklüziv Təhsil Mərkəzi ilə birlikdə müəllim və tələbələr üçün maarifləndirici dəyirmi masa təşkil edib.

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova iştirakçılara rəhbərlik etdiyi mərkəzin fəaliyyəti, görülmüş və görüləcək işlər haqqında məlumat verib. O, ictimai birlik tərəfindən icra olunan layihənin aktuallığını vurğulayaraq, inklüziv peşə hazırlığı mərkəzinin yaradılmasının əhəmiyyətini qeyd edib.

Sonra MİDİB-in icraçı direktoru Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) içərisində bəzi məqsədlərin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsindən, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.

A.Nəcimov qeyd edib ki, layihənin məqsədi ölkəmizin sosial baxımdan həssas əhali qrupunun üzvləri, həmçinin Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasında müəyyən peşələrin ATM-də inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir.

Tədbir UNEC-in müəllimlərinin və tələbələrin layihə barədə müzakirələri ilə davam edib. 

 ƏTRAFLI

TOP XƏBƏRLƏR