A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva və Rəqəmsal texnologiyalar departamentinin direktoru Zaur Əziz Britaniya kitabxanasının təşkil etdiyi “Beynəlxalq Kitabxana Liderləri -2024” proqramında iştirak edirlər.

Dünyanın müxtəlif ölkələrindən olan 300-dən çox müraciətçi arasından seçilmiş UNEC əməkdaşları proqram çərçivəsində müxtəlif treninqlərə qatılıblar. Proqramda Azərbaycanla yanaşı, ABŞ, Kanada, Almaniya, Niderland, Avstraliya, Braziliya, Peru, Slovakiya, Bolqariya, Malayziya, Hindistan kimi ölkələrin aparıcı kitabxana və informasiya texnologiyaları üzrə seçilmiş mütəxəssisləri iştirak edir.

Proqramın ilk günü Britaniya kitabxanasının zəngin kitab, qəzet, jurnal, əlyazmaları, atlas, xəritə və qlobusları, audiovisual materialları, mikrofilm, mikrofiş və digər nadir kolleksiyaları, onların rəqəmsallaşdırılması, kibertəhlükəsizliyin bərpa edilməsi, metaverilənlər, yerli və beynəlxalq tərəfdaşlarla layihələrin reallaşdırılması, irqi bərabərlik, müxtəliflik, inklüzivlik üzrə fəaliyyət planı, rəqəmsallaşdırma üzrə pilot layihələrin təşkilinə dair beynəlxalq ekspertlərin təqdimatları nümayiş olunub. Eyni zamanda iştirakçı kitabxanaların fəaliyyəti, gələcək strategiyaları, kitabxanaların dayanıqlı və davamlı inkişafına dair görülən işlər və mövcud boşluqlar, eləcə də onların həlli yolları ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.

Proqram iyulun 11-nə kimi davam edəcək.

TOP XƏBƏRLƏR