A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin yekunları müzakirə edilib.

UNEC rektoru, professor Ədalət Muradov il ərzində görülən işlərdən danışıb. Struktur dəyişikliklərindən söz açan rektor bildirib ki, tədris ilinin sonuna qədər proses yekunlaşacaq. Məqsədimiz yeni dərs ilindən UNEC-də müasir tələblərə cavab verən strukturla işə başlamaqdır.Biz Azərbaycanda ilk dəfə olaraq, UNEC-də təhsil klaseri yaratmağa iddialıyıq, deyən Ə.Muradov universitetin filiallarında görülən işlərdən danışıb: “2015-ci ilin noyabrında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. Bu il Dərbənd filialına qanuni əsaslarla tələbə qəbulu həyata keçiriləcək.Cənab Prezident İlham Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı UNEC-ə verilib. Yeni tədris ilində Zaqatala filialına 200 tələbə qəbulu üçün yer ayrılıb. Filialda ümumi iqtisadiyyat, biznes, maliyyə və mühasibat ixtisasları üzrə qəbul həyata keçiriləcək”.Rektor “Elektron Universitet” modelinin UNEC-in əsas tədris binasında pilot layihə kimi həyata keçirilməsini 2015/2016-cı tədris ili üçün ən əlamətdar hadisələrdən biri hesab etdiyini bildirib: “Elektron Universitet” sistemi UNEC-i fərqləndirən bir modeldir. Bu gün tədris binasının 57 auditoriyasında “Elektron Universitet” modeli müvəffəqiyyətlə tətbiq edilir. Yeni tədris ilindən sistem digər iki tədris binasında da tam tətbiq olunacaq. III tədris binası isə sökülərək, 24 ay ərzində müasir tələbələrə cavab verən bina ilə əvəz ediləcək”.

İlk dəfə UNEC-də tətbiq edilən differensial əməkhaqqı sistemindən danışan rektor, iyul ayının 1-də sistemin bütün göstəricilərinin ictimaiyyətə açıqlanacağını bildirib.Ə.Muradov UNEC tələbələrinin beynəlxalq dərəcəli əlavə diplom almaq imkanlarından söz açıb. Eyni zamanda, tələbələrin yeni tədris ilində Fransanın nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramına qoşula biləcəklərini vurğulayıb.Tədrisvə təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov 2015/2016-cı tədris ilinin yekunları barədə hesabatla çıxış edib. İmtahan sessiyasına hazırlıqdan söz açaraq bildirib ki, yay imtahan sessiyasında şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə universitetin “Qaynar xətt” xidmətinin fəaliyyəti gücləndiriləcək və bütün tədris binalarında qərargahlar yaradılacaq. İmtahanlar ictimaiyyət nümayəndələrinə açıq keçiriləcək.Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru Raqif Qasımov “Elektron Universitet” sistemində müəllimlərin şəxsi kabinetinə yüklənən məlumatlara dair hesabat verib. Bildirib ki, 2015/2016-cı tədris ilində Maliyyə və mühasibat fakültəsi üzrə cəmi 60 faiz müəllim sistemdən fəal istifadə edib. R.Qasımov müəllimlər üçün iyunun 15-dən etibarən “Elektron Universitet” sistemindən istifadə və təqdimatların hazırlanması üzrə təlimlər təşkil ediləcəyini qeyd edib.Tədbirdə kafedralar üzrə üzrlü və üzrsüz səbəbdən dərslərin boş keçməsi, əvəzləmə və dərsdən yayınmalarla bağlı məlumatlar dinlənilib. Rektor bundan sonra dərslərin boş keçməsi ilə bağlı Audit şöbəsinin həftəlik hesabatının kafedra müdirlərinə təqdim edilməsinə dair göstəriş verib.Yeni tədris ilində dərs yüklərinin paylanması və dərs saatları barədə ətraflı məlumat dinlənildikdən sonra bildirilib ki, inzibati heyətdə çalışanlar müəllim kimi yalnız 0,5 ştat üzrə işləyə bilər. Tapşırılıb ki, bir həftə ərzində müəllimlərin sillabusları saytda yerləşdirilsin və çap edilsin. Müzakirələrdə bildirilib ki, yeni tədris ilində tələbə biliyinin bir neçə kriteriyalar üzrə qiymətləndirilməsi təkmilləşdiriləcək.

TOP XƏBƏRLƏR