UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.
Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub.
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub.
1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014- cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.
2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiridir.
160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən, 2024-cü ilin iyulunda prof. R.Rzayevə “Tədqiqatçı-professor” statusu verilib.
Rövnəq Rzayev 21.10.2024-cü il tarixindən Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunub.