A

UNEC-in məzunu, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov 95 illik yubiley münasibətilə UNEC kollektivini təbrik edib:

“Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini 95 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Düşünürəm ki, UNEC ölkənin ən qabaqcıl universitetlərindəndir və şəxsən mənə görə 1 nömrəli universitetdir. Mən 2005-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsindən məzun olmuşam və bu il məzun olmağımın 20 ili tamam olur. Son 20 ildə mən Azərbaycanla yanaşı, dünyanın müxtəlif universitetlərində təlimlərdə olmuşam, təhsilimi davam etdirmişəm. Səmimiyyətlə deyim ki, UNEC-də aldığım baza biliklərinin, tələbəlik illərinin yerini onların heç biri əvəz edə bilməyib.

Çox sevinirəm ki, bu gün rəhbərlik etdiyim Bakı Fond Birjası UNEC-lə sıx əməkdaşlıq edir.

Əminəm ki, universitet gələcək illərdə də elm, iqtisadiyyat, biznes sahəsi üzrə çox bilikli və təcrübəli məzunların yetişdirilməsində və həmin sahələrə daha da böyük töhfələrin verilməsində öz fəaliyyətini yüksələn xətlə davam etdirəcəkdir.

Bir daha bütün müəllim, professor,  məzun heyətini təbrik edirəm və çox sevinirəm ki, məzun kimi bu sözləri demək imkanı həm də mənə qismət oldu!”

DAHA ƏTRAFLI

TOP XƏBƏRLƏR